Cəmiyyət 

Bakıda qəbiristanlıqda üç günlük körpə tapılıb

Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən qəbiristanlıqda atılmış üç günlük qız uşağı tapılıb.

ARANTV.AZ-ın Report-a istinadən məlumatına görə, körpə polislər tərəfindən 1 saylı Körpələr evinə təhvil verilib.

Uşağın anası 37 yaşlı Nailə Ağayeva isə Xəzər rayon Polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər