Əsgərlikdən yenicə gələn oğlanı metronun qabağında niyə ürəyindən bıçaqladılar? – Təfərrüat
Bakıda “Nizami” metro stansiyası yaxınlığında gənc oğlan bıçaqlanıb.
ARANTV.AZ bildirir ki, yenicag.az-ın hadisə yerində olan əməkdaşının sözlərinə görə, bıçaqlanan şəxs qanaxmadan hadisə yerindəcə keçinib.
Metrodan çıxdıqdan sonra tərəflər arasındakı sözlü mübahisə əlbəyaxa davaya çevrilib. Nəticədə ürək nahiyəsindən bir bıçaq zərbəsi alan gənc yerindəcə dünyasını dəyişib.
Əldə etdiyimiz məlumata görə, ölən şəxs Sabirabad rayonundandır və tələbədir. Onun təxminən 22-23 yaşlarında olduğu bildirilir.

