Təhsil 

Bakıda daha bir məktəb koronavirusa görə bağlandı

Bu gündən Bakı şəhərində yerləşən 244 nömrəli tam orta məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb.

ARANTV.AZ-ın məlumata görə, buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirusun (COVID-19) yayılmasıdır.

Dərslər aprelin 14-ə kimi distant formada davam etdiriləcək.

Qeyd edək ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 299 saylı məktəb liseydə dərslərin distant formada keçirilməsi qərara alınmışdı.

Daha çox xəbərlər