Türkiyənin səhiyyə naziri ÜST brifinqinə dəvət olundu
Türkiyənin səhiyyə naziri Fahrettin Koca Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirus pandemiyası ilə mübarizə tədbirlərinə həsr olunmuş brifinqinə dəvət olunub.
ARANTV.AZ unikal.org-a istinadən bildirir ki, nazir ÜST baş direktorunu müşayiət edəcək.
Dəvətin Türkiyənin pandemiya ilə uğurlu mübarizə modeli ilə bağlı olduğu və təcrübənin digər ölkələrlə bölüşülməsi məqsədilə edildiyi bildirilib.

