Polis bölməsinin qarşısında özünü yandırdı – YENİLƏNİB + VİDEO
1985-ci il təvəllüdlü İslamov Tərlan Arif oğlu üzərinə benzin tökərək özünü yandırıb. Hadisə ötən gün axşam saatlarında Sulutəpə qəsəbəsində yerləşən 40-cı polis bölməsinin qarşısında baş verib.
ARANTV.AZ-ın xəbərinə görə, Baku TV-yə müsahibə verən Tərlan İslamovun qardaşı Tərzan İslamov bildirib ki, qardaşı özünü yandırmazdan bir müddət əvvəl 40-cı polis bölməsinə şikayətlə bağlı müraciət etsə də, onun müraciəti cavabsız qalıb.
Bölmədə mübahisə etdikdən sonra əsəbiləşən Tərlan özünü yandırıb.
Tərzan İslamov onu da əlavə edib ki, qardaşını dərhal Respublika Yanıq Mərkəzinə gətirib, vəziyyəti ağırdır.
Xəstəxanadan verilən məlumata görə Tərlanın bədəninin demək olar ki, 65-faizi yanıb. Hazırda reanimasiyada saxlanılır.
13.01.2018 22:32
Sulutəpə qəsəbəsində kişi üzərinə benzin tökərək özünü yandırıb.
ARANTV.AZ-ın məlumatına görə, hadisə həmin ərazidə yerləşən 40-cı polis bölməsinin qarşısında baş verib.
Bildirilir ki, 1985-ci il təvəllüdlü İslamov Tərlan Arif oğlu bu addımı atmazdan bir müddət öncə polis bölməsinə müraciət edib. Sonra naməlum səbəbdən mübahisə yaranıb.
T. İslamov üzərinə benzin tökərək özünü yandırıb. Onun bu addımı hansı səbəbdən atdığı məlum deyil. Ətrafdakı şəxslər T. İslamovu dərhal Respublika Yanıq Mərkəzinə aparıblar.
Mərkəzin baş həkimi Şöhrət Məmmədovun Oxu.Az-a verdiyi məlumata görə, xəstənin vəziyyəti ağırdır:
“Xəstə çox ağır vəziyyətdə xəstəxanaya gətirilib. Aşağı qurşağa qədər bədənin demək olar ki, 60-65 faizi yanıb. O, reanimasiyada həkim nəzarətindədir. Dediyinə görə özü-özünü yandırıb”.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirovun Oxu.Az-a verdiyi məlumata görə, xəstə ciddi həkim nəzarətindədir:
“Hadisə nəticəsində xəstənin bədəninin 65 faizədək yaxın hissəsi yanıb. Vəziyyəti kritikdir. Reanimasiya şöbəsində həkimlərin ciddi nəzarəti altında saxlanılır”.

