Cəmiyyət 

Əlilliyin verilməsi qaydaları dəyişəcək

ARANTV.AZ xəbər verir ki, Əlilliyi olan şəxslərə əlillik dərəcələrinin verilməsi ilə bağlı yeni qaydalar hazırlanıb. Yeni qaydalara əsasən, əlillik dərəcələri əmək və özünüməşğulluq qabiliyyətinin itirilməsi faizi əsasında veriləcək.

Dünya Səhiyyə Təşkilatı və Avropa ölkələrinin standarları əsasında ölkəmizdə əlillik üzrə yeni meyarlar hazırlanıb. Bu meyarlarda əlillik dərəcəsinin ənənəvi üç qrup əvəzinə, əmək və özünüməşğulluq qabiliyyətinin itirilməsi faizi  əsasında qiymətləndirilməsi, sosial reabilitasiya və əməyə adaptasiya imkanları nəzərə alınıb. Belə ki, əvvəllər hər kəsə xəstəliyin ağırlığından, o insanın nə dərəcədə məhdudiyyətlər yaratmasından aslı olmayaraq eyni yanaşma ortalığa qoyulurdu və bununla da qruplarla təyinat aparılırdı. Yeni sənəddə isə əlilliyin müəyyən edilməsi sırf orqanizmin funksiyalarının itirilməsi dərəcəsi, eləcə də özünəqulluq, qidanlanma, sərbəst hərəkətetmə kimi həyat faəliyyətinin əsas istiqamətlərinin məhdudluq dərəcələri əsasında mümkün olacaq. Daha dəqiq desək məsələn birinci qrup əlilliyi olan şəxslər ən ağır dərcədə pozuntuları olan şəxslər sayılırdısa, yeni yanaşma ilə artıq bu oqranizmin funksiyalarının itməsinin 80-100 faizi intervalında qiymətləndiriləcək.

Yeni meyarlarda əsas məqsəd əlilliyi olan şəxsləri cəmiyyətə yenidən inteqrasiya etmək, onların əmək fəaliyyətinin bərpasıdır. Sənədlər tam qəbul olunduqdan sonra bu sahədə qanunvericilikdə də bir sıra dəyişikliklər nəzərdə tutulub. Bununla yanaşı, əilliyi olan şəxslərə verilən müavinətlərdə də yeni yanaşmalar həyata keçiriləcək.

Daha çox xəbərlər