Manset Region Xəbərləri 

Bərdə səhiyyəsində insanların sağlamlığına qarşı laqeyd münasibət hökm sürür-VİDEO

Dünyanı sarsıdan koronavirus pandemiyasının ölkəmizdə də gündəlik artan xəttlə yayılmasına baxmayaraq Bərdə Mərkəzi Rayon Xəstəxanasında dəhşətli virusun mövcudluğu nəzərə alınmır. Xəstəxananın dəhlizləri pasiyentlərlə dolu olur. Maska taxılmır, ara məsafəsi gözlənilmir. Hətta həkimlərin özü belə ölkəmizdə tətbiq olunan karantin qaydalarını heçə sayırlar. Həkim və tibb bacıları da tibbi maskalardan istifadə etmirlər. Bunun özü isə virusun yayılmasını sürətləndirmiş olur. Tibb müəsisəsindən belə bir laqeyidliyi görmək isə xüsusilə ağrılıdır və təəssüf doğurur. Uşaq xəstəxanasının, Bərdə Poliklinikasının da Mərkəzi Xəstəxananın inzibati binasına köçürülməsi vətəndaşlara əlavə çətinliklər yaradıb. Nəqliyyatın hərəkətində gərginlik müşahidə olunur. Əvəllər Uşaq Xəstəxanası, Poliklinika ayrı-ayrı yerlərdə olduğuna görə hərəkət müxtəlif istiqamətlər üzrə tənzimlənirdi.Bu gün isə Mərkəzi xəstəxananın həyətində maşın saxlamaq özü böyük bir problemə çevrilib.

Daha çox xəbərlər