SOCAR Rusiya qazının planlaşdırılan tranzit həcmini açıqladı
Rusiyanın “Qazprom Eksport” şirkəti ilə imzalanmış qısamüddətli müqavilə çərçivəsində Azərbaycan ərazisində Gürcüstana 150 milyon kubmetrə yaxın Rusiya qazının nəql olunması planlaşdırılır.
ARANTV.AZ bildirir ki, bunu Trend-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.
Onun sözlərinə görə, Rusiya qazının tranziti martın 17-dən başlayıb və aprelin 15-dək davam edəcək.
Qeyd edək ki, SOCAR və “Qazprom Eksport” şirkətləri Rusiya qazının tranziti barədə martın 16-da qısamüddətli müqavilə imzalamışdı.

