Sosial 

Yaralı əsgəri xilas edib şəhidlik zirvəsinə ucalan QƏHRƏMAN HƏKİM – FOTO

Bu gün aprelin 5-i Vətən müharibəsi şəhidi, kiçik çavuş, həkim İsayev Vüsal Firdovsi oğlunun anadan olduğu gündür. O, 1983-cü ilin bu günü Yevlax şəhərində anadan olub.

Uşaq vaxtlarından vətənpərvərliyi ilə seçilən Vüsal müxtəlif sahələrde çalışsa da, Vətənə olan sevgisi onu yenidən könüllü olaraq hərbi xidmətə yolanmağına səbəb olub. 2014- cü il iyunun 25- i sanitar təlimçisi kimi xidmətə başlayıb. Vətən müharibəsi başlayan ilk gündən böyük şücaət və əzmlə döyüşlərdə iştirak edib.

Həyat yoldaşı Məryəm İsayeva ilə son telefon danışığında övladlarını ona tapşıraraq,”övladlarim öncə Allaha sonra sənə əmanət edirəm. Sən güclü insansan , özünü və uşaqları qoru. Özünüzə yaxşı baxın” deyib.O, Suqovuşan istiqamətində gedən döyüşlərdə yaralı əsgərə kömək edən zaman qəhrəmancasına şəhid olub.

Ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub. Özündən sonra yolunu davam etdirən bir oğlu və bir qızı yadigar qalıb.

 

Yaralı əsgəri xilas edib şəhidlik zirvəsinə ucalan QƏHRƏMAN HƏKİM - FOTOYaralı əsgəri xilas edib şəhidlik zirvəsinə ucalan QƏHRƏMAN HƏKİM - FOTO

Daha çox xəbərlər