Cəmiyyət 

Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

ARANTV.AZ xəbər verir ki, Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub. Prezident yanında Vətəndaşlara  Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, indiyədək xidmətə 26 milyondan çox müraciət daxil olub. Hazırda ölkədə 15 “ASAN Xidmət Mərkəzi” fəaliyyət göstərir, onlardan 5-i Bakıda, 10-u bölgələrdədir. Mərkəzlərdə 300-dən çox xidmət təqdim edilir. Vətəndaş məmnunluğu əmsalı 100 faizə yaxındır. Ümumdünya Gömrük Təşkilatının baş katibi “ASAN Radio”da da olub. Qonaq “ASAN xidmət”in fəaliyyətini yüksək qiymətləndirib.

Daha çox xəbərlər