Gündəm 

K.Mikuriya: “Azərbaycanın gömrük xidməti ÜGT-nin digər üzv ölkələri üçün nümunədir”

ARANTV.AZ xəbər verir ki, “Ümumdünya Gömrük Təşkilatı Azərbaycanın gömrük sahəsində korrupsiya ilə mübarizə təcrübəsindən istifadə etmək niyyətindədir”. Qurumun baş katibi Kunio Mikuriya Dövlət Gömrük Komitəsində keçirilən görüşdə belə deyib.

Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoydu, xatirəsini ehtiramla yad etdi. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsini anıldı. Kunio Mikuriya Azərbaycanın azadlığı və bütövlüyü uğrunda həlak olan qəhrəman oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanını da ziyarət etdi, əbədi məşəl abidəsinin önünə əklil qoydu. Sonra keçirilən görüşdə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev dedi ki, müstəqil Azərbaycan gömrüyü bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi davamlı inkişaf strategiyası nəticəsində dünya gömrük ailəsinin etibarlı üzvü kimi formalaşıb. Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya isə bildirdi ki, Azərbaycanın gömrük qurumu, 27 ildir fəaliyyət göstərməsinə baxmayaraq böyük uğurlara imza atıb. Baş katib xüsusi ilə vurğuladı ki, Azərbaycanın gömrük xidməti təşkilatın digər üzv ölkələri üçün nümunədir.

Sonra Komitənin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi rəisinin birinci müavini Anar Süleymanov gömrük sistemində aparılan islahatların əhəmiyyəti və gömrük orqanlarının hədəfləri ilə bağlı təqdimatla çıxış etdi.

Daha çox xəbərlər