Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

İmzalanan sənədlər perspektivlərin açarıdır – Azərbaycan-Türkiyə qardaşlığı

By Vüsal Rafiqoğlu
08.04.2021 5 Min Read

Aprelin 8-də  Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə əməliyyat-taktiki təlimləri keçiriləcək

44 günlük İkinci Qarabağ müharibəsi işğala, 30 ilin torpaq həsrətinə son qoymaqla yanaşı, əsl həqiqət anı oldu. Kimin ədalətin, kimin şərin yanında olduğu bir daha açıqlandı. Atdığı addımları ilə hər zaman Azərbaycanın yanında olduğunu təsdiqləyən Türkiyə  dünyaya bu mesajı ünvanladı- Azərbaycan tək deyil. Türkiyə hər zaman yanındadır. Dost, qardaş ölkənin rəsmilərinin  dövlətimizin başçısı, Müzəffər  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun döyüş meydanında  qazandığı   tarixi Zəfərləri, ümumiyyətlə, türkün adının dastana çevrilməsi kimi qiymətləndirməsi ölkə Prezidentinin  gərgin və yorulmaz mübarizəsinə verilən yüksək dəyərin  ifadəsidir. Dağlıq Qarabağdan və ətraf rayonlardan, o cümlədən ermənilər tərəfindən mülki  əhalinin atəşə tutulduğu Gəncə, Bərdə, Tərtər  və digər yaşayış məntəqələrindən  Türkiyə televiziyalarının, informasiya agentliklərinin yaydıqları  xəbərlər, cəbhə bölgələrindən qələbə xəbərlərinin böyük sevinc hissi ilə manşetlərə çıxararaq  Azərbaycanın haqq-ədalət müharibəsinin  dünya ictimaiyyətinə  çatdırılmasında  əhəmiyyətli rol oynadı. Dövlətimizin başçısının istər Vətən müharibəsi dövründə 30-a yaxın xarici mətbuata müsahibələrinə, istərsə də fevralın 26-da 35-dən artıq  yerli və xarici media nümayəndələrinin 50-yə yaxın suallarının cavablandırılmasına geniş imkanlar yaradan mətbuat konfransına diqqət yetirsək böyük əksəriyyətin dost ölkənin media orqanları olduğunu görərik.  Türkiyə mediası həm müharibə, həm də postmüharibə dövründə  Azərbaycan kütləvi informasiya vasitələri ilə  birgə fəaliyyət sayəsində  informasiya müharibəsində  üstünlüyümüzə, qələbəmizə haqq qazandıran  səsimizin əks-sədasıdır. İki qardaş ölkənin media sahəsində əməkdaşlığının daha da möhkəmlənməsinə yönələn addımların atılması da qürurvericidir.  Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videoformatda keçirilən qeyri-formal Zirvə görüşündə də Azərbaycan-Türkiyə birliyindən, bu həmrəyliyin türk dünyasının  birliyinə töhfələrindən bəhs edərək bu məqama da diqqət yönəltmişdir ki, Azərbaycanın Vətən müharibəsinə başladığı günlərdən dövlətimizə ilk olaraq dəstək verən beynəlxalq qurumların içərisində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının açıq bəyanatı yüksək dəyərləndirildi.

Reallıq göz önündədir. Azərbaycan-Türkiyə  əlaqələri  bütün sahələrdə uğurla inkişaf edir. Məhz iki dövlətin siyasi iradəsi, qətiyyəti sayəsində reallığa çevrilən enerji layihələri regionda sabitliyi, təhlükəsizliyi möhkəmləndirməklə yanaşı, dünyanın enerji təhlükəsizliyinin təminatına böyük töhfələrdir. Azərbaycan və Türkiyə eyni köklər üzərində böyüyən ulu bir çinara bənzədilirək  vurğulanır ki, həmin çinarın kölgəsi həyata keçirilən  layihələrlə bu gün Qafqazdan Avropayadək bir çox ölkəyə qədər uzanır. BTC və BTƏ  neft-qaz layihələrinin ardınca iqtisadi əhəmiyyətinə görə enerji layihələrindən geri qalmayan  BTQ  dəmir yolunun istifadəyə verilməsi, eyni zamanda, əməkdaşlığın regional çərçivədən çıxaraq  coğrafiyasını genişləndirməsi fonunda Cənub Qaz Dəhlizinin icrasının  tam şəkildə başa çatdırılması,   “Star” neft emalı zavodunun işə düşməsi və sair kimi biri-birindən önəmli hadisələr Qafqazdan Avropayadək uzanan kölgənin təqdimatlarıdır.

İki qardaş ölkə  arasında əlaqələr  hərbi sahədə də  yüksək səviyyədədir. Azərbaycan  və Türkiyə ordularının ənənəvi olaraq keçirilən hərbi təlimləri bu əlaqələrə işıq salır. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Azərbaycan Ordusunun hansı imkanlara malik olmasının  dünyaya təqdimatında mühüm rol oynayan 10 dekabr Zəfər paradında da bu birliyin, həmrəyliyin şahidi olduq.  Ermənistan Vətən müharibəsi dövründə nə qədər  Türkiyəni üçüncü tərəf kimi  təqdim etməyə cəhd etsə də, dövlətimizin başçısı  bu dəstəyin yalnız mənəvi dəstək olduğunu əsaslı şəkildə şərh etməklə  işğalçı dövlətin planlarını alt-üst etdi.

Onu da qeyd edək ki, Azərbaycan və Türkiyə Müdafiə nazirliklərinin birgə illik planına əsasən aprelin 8-də hər iki ölkənin hərbi qulluqçularının iştirakı ilə əməliyyat-taktiki təlimləri başlayacaq. Ölkəmizdə təşkil olunacaq təlimlər Azərbaycan Ordusunun hərbi birliklərinin cavabdehlik zonalarının müxtəlif istiqamətlərində yerləşən ümumqoşun poliqonlarında keçiriləcək. Təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi, əməliyyat bölmə komandirlərinin hərbi qərar qəbuletmə, təşəbbüs göstərmə və idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir. Təlimlər aprelin 9-dək davam edəcək.

Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri də  başlayıb. Təlimlər zamanı hərbi rabitəçilər təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi rayonlarına çıxarılaraq vahid rabitə sisteminin təşkil edilməsi üzrə tapşırıqları yerinə yetirirlər. Müasir rabitə vasitələrinin və avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi ilə keçirilən təlimlərdə qoşunların qarşılıqlı fəaliyyətinin təşkili, səhra idarəetmə məntəqələrinin açılması və digər tədbirlər icra olunur.

Azərbaycan-Türkiyə birliyinin möhkəmlənməsinə xidmət edən addımlar sırasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu günlərdə   müdafiə sənayesində Azərbaycanla əməkdaşlıq haqqında sazişi təsdiqlədiyini də xüsusi qeyd etməliyik.  Onu da qeyd edək ki, “Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” Saziş 31 oktyabr 2017-ci il tarixində Bakıda imzalanıb.

Azərbaycan 44 gündə yazdığı tarixlə haqqı-ədaləti, beynəlxalq hüququ bərpa etdi, işğala son qoydu, “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi  tarixə qovuşdu.  Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin daim  hücum əmrini gözləyən Azərbaycan Ordusu şücaəti ilə bir daha işğalçı Ermənistana yerini göstərdi, diz çökdürdü, “məğlubedilməz erməni ordusu” mifini dağıtdı, kimin haqlı, kimin saxta tarix yazaraq yalanları ilə həqiqəti inkar etmək yolu tutduğunu dünyaya nümayiş etdirdi. Azərbaycan tarixi Zəfəri ilə 2020-ci ilin heç zaman unudulmayacaq tarixini yazdı. 10 noyabr böyük öndər Mustafa Kamal Atatürkün anım günü olduğu üçün  dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 8 noyabr Şuşanın işğaldan azad olunduğu gün Zəfər Günü kimi təsis olundu. Bu məqam da Azərbaycan-Türkiyə birliyinin təqdimatıdır. Zəfər Paradında iştirak etmək, Azərbaycanın yanında olub, bu sevinci birgə yaşamaq üçün  Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri,  həmçinin ölkələrimiz arasında müxtəlif sahələrə dair bir sıra mühüm sənədlərin imzalanması Azərbaycanla Türkiyə arasındakı dostluq və qardaşlığın daha bir əyani təzahürü oldu.  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə mətbuata bəyanatında “Bu gün Türkiyə-Azərbaycan tarixində çox əlamətdar, önəmli bir gündür. Bu gün biz birlikdə Zəfər paradını seyr edərkən bir-birimizi təbrik etdik. Bu Zəfər münasibətilə xalqlarımızı təbrik etdik. Bu tarixi Zəfər bizim birliyimizin təcəssümüdür” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki,  Türkiyə və onun Cümhurbaşqanı müharibənin ilk saatlarından Azərbaycana, Azərbaycan xalqına öz dəstəyini göstərib. Onun bəyanatları həm Azərbaycan xalqı üçün çox dəyərli, qiymətli, eyni zamanda, bütün dünyaya bir mesaj idi ki, Azərbaycan tək deyil, Azərbaycana heç kimsə mane olmasın. Azərbaycan haqq davası aparır.  Bu mesaj, əslində, həmrəyliyin bir təcəssümü idi.  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd etmişdir ki,  Azərbaycanın həm hərbi, həm də diplomatiya sahəsində əldə etdiyi bu uğurda ən böyük paylardan biri şübhəsiz ki, cənab Prezident İlham Əliyevə aiddir: “Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirib. Fürsətdən istifadə edərək güclü Azərbaycanın əsasını qoyan ümummilli lider Heydər Əliyevi də burada rəhmətlə yad edirəm. Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi altında, inşallah, dastan yazmaqda davam edəcək.” Bugünlərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videoformatda keçirilən qeyri-formal Zirvə görüşündə  Türkiyə Prezidenti ən qısa zamanda Şuşanı ziyarət etmək və yeni bir bayram yaşamaq arzusunu bildirdi.

Bu kimi xoş, səmimi fikirləri xeyli sayda qeyd etmək olar. İki dost, qardaş ölkənin münasibətlərinin inkişafında qarşılıqlı səfərlər və bu səfərlər çərçivəsində imzalanan sənədlər də əhəmiyyətli rol oynayır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son səfəri zamanı  sənədlərin imzalanması mərasimi oldu.  “Bu gün imzalanmış sənədlər son illər imzalanmış sənədlər arasında çox kiçik bir yer tutur” söyləyən dövlətimizin başçısı İlham Əliyevin fikirlərinin davamı olaraq  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdir ki,  bu gün atılan imzalar, əslində, simvolik imzalardır: “Atılacaq daha çox imzalar var. Bu imzalarla birlikdə inşallah, Azərbaycan Qarabağın tamamilə fərqli şəkildə yüksəlişinə davam edəcəkdir.” Ölkə Prezidenti  ölkəmizin həyatında başlanan yeni məhələdə-işğaldan azad edilmiş ərazilərdə quruculuq və bərpa işlərinin uğurla davam etdirib soydaşlarımızın Böyük Qayıdışını gerçəkləşdirmək istiqamətində atılan addımlarda dost ölkələrin iştirakına çağırışlar edir. Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda formalaşacaq əməkdaşlıq formatları bölgədə sülhü, təhlükəsizliyi daha da möhkəmləndirəcək, dayanıqlı inkişafa böyük töhfələr verəcək.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Prezidentin dəmir yumruğu düşməni bir zərbə ilə məhv etdi

Next

Azərbaycan erməni hərbi qulluqçunun meyitini qarşı tərəfə təhvil verib

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv