Cəbhədən Xəbər 

Adını zəfər tariximizə yazdıran Lənkəranın igid oğlu – Fariz Zülfüqarzadə

Vətən müharibəsi zamanı düşmənə qan uddurub  adını zəfər tariximizə yazan Azərbaycanın igid, mərd övladı Fariz  Zülfüqarzadə Lənkəran elində dünyaya göz açmışdı. Qeyrətli Vətən oğlu 30 il düşmən əsarətində olan ulu yurd yerlərin azadlığı naminə can qoyanda  ömrünün 28 ilini yaşayırdı. Tankçı Fariz  dığaların belini qırandan sonra uğrunda şəhidlik zirvəsinə ucaldığı Vətənə əlvida deyir.

Həyat yolu indi Vətən, torpaq sevgisinə dönərək minlərə nümunə olan Fariz Zülfüqarov 2012-ci ildə həqiqi hərbi xidmətə gedir.  Müqəddəs əsgəri borcunu şərəflə yerinə yetirir, əsgərlərin, zabitlərin  sevimlisinə çevrilir. Həm də  cəbhə xəttində  Fariz dəfələrlə erməni dığaları ilə qarşılaşır. Hər dəfə də onların cavabını layiqincə  verir.

Fariz xidmətini bitirib evə qayıdır. İl yarım Lənkəranda işləyir və gördükləri  ilə cəmiyyətdə onun nüfuzu artırır. Təbii ki, Fariz kimi mərd  oğullar Ana Vətəninin ağır günlərində  dalda-bucaqda  gün keçirə bilməzdi.  Məhz buna görə Vətənə layiqincə xidmət etməsi üçün  Fariz hərbçi olmağa qərar verir. Milli Ordu sıralarında  ürəyinin istəyini əsas götürərək  MAXE kimi fəaliyyət göstərir.

Fariz öz tankı ilə ilk dəfə Aprel döyüşlərində yağı düşmənlə döyüşə  girir. Özü də  Lələ-təpənın, eləcə strateji mövqelərin azad olmasında böyük rəşadət göstərir. Buna görə  Müdafiə Nazirliyinin tərəfində fəxri fərmanlara layiq görülür.

Vətən müharibəsində  cəsur tankçı Füzuli, Zəngilan, Qubadlı döyüşlərin əsl qəhrəmanı olur. Dövlət tərəfindən ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” medallarına layiq görülməsi bundan irəli gəlir.

Fariz öz tankı ilə dəfələrlə ağır müharibə meydanında düşmənin çoxlu sayda canlı qüvvəsini, hərbi texnikasını sıradan çıxarır. İgid döyüşçü  Qubadlının azad olmasında dığaların üstünə onlardan qənimət götürülən tankı  gedir. Cəngavər tək döyüşməklə düşmənə  ağır itkilər verir. 19 oktyabr  tarixində  düşmənin mərmisinə tuş gələn tankda Fariz  ekipaj üzvlərini xilas etsə də, özü tankın içərisində qalaraq qan itkisindən şəhadətə ucalır.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha çox xəbərlər