Türkiyə təhlükəli terrorçunu məhv etdi – Şiyar Dəniz öldürülüb
Türkiyə Hərbi Qüvvələri tərəfindən PKK terrorçularına qarşı aparılan əməliyyatlar çərçivəsində Diyarbəkirdə xüsusi təhlükəli terrorçu məhv edilib.
ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, Şiyar Dəniz adlı terrorçu Türkiyənin hərbi hissələrinə hücumlarda iştirak edib.
Məlumata görə, əməliyyat çərçivəsində daha 2 PKK terrorçusu da məhv edilib.

