Sosial 

Rektor və əməkdaşlar koronavirusa yoluxdu: Dərslər dayandırıldı

Azərbaycan Milli Konservatoriyada dərslərin distant formada keçirilməsi qərara alınıb.

ARANTV.AZ-ın məlumatına görə, buna səbəb ali məktəbin rektor və əməkdaşları arasında koronavirusun (COVID-19) yayılmasıdır.

Dərslər iki həftə ərzində distant formada davam etdiriləcək.

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi Oxu.Az-a açıqlamasında bildirib ki, artıq bir həftədir ki, koronavirusa yoluxub:

“Səhhətim yaxşıdır. Yavaş-yavaş düzəlirəm”.

Daha çox xəbərlər