“Nəsimi ili” böyük mütəfəkkirin irsinin təbliğini gücləndirəcək
ARANTV.AZ xəbər verir ki, “2019-cu ilin dahi Azərbaycan şairi İmadəddin Nəsiminin şərəfinə və əziz xatirəsinə ehtiram əlaməti olaraq, “Nəsimi ili” elan edilməsi olduqca təqdirəlayiq haldır”. Bu fikir məşhur alman alim Mixael Hessə aiddir. O bildirib ki, “Nəsimi ili” böyük mütəfəkkirinin irsinin təbliğini gücləndirəcək.
Mixail Hess… Nəsimişünas alim… Klassik türkdilli Azərbaycan ədəbi irsinin vurğunu olan alman mütəxəssisdə bu sevgi illər əvvəl İstanbulda çalışdığı vaxt yaranıb. Böyük Britaniyadan aldığı elektron məktubda Nəsimi şeiriyyatı ilə ilk dəfə tanış olan alim şairin qələminə necə vurulursa o vaxtan da Şərqin böyük mütəffəkirinin irsini araşdırmağa başlayır. Hətta bu haqda elmi iş də yazır. Deyir ki, 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunması nəsimişünas kimi onu da çox sevindirib.
Nəsimiyə sevgisi tanınmış alimi Azərbaycan dilini öyrənməyə də sövq edib. Çünki, belə olan halda sevimli ədibini daha yaxşı anlaya bilir.
Nəsimin 100 şeirinin alman dilinə tərcümə edilməsinə nail olan Hess dəfələrlə ölkəmizə səfər edib, adət-ənənələrimiz, ədəbi irsimizlə maraqlanıb. Sonuncu dəfə 27-30 sentyabr tarixlərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə keçirilən “Nəsimi – şeir, sənət və mənəviyyat” Festivalına dəvət alıb.
Mixeil Hessin sözlərinə görə “Nəsimi ili” böyük mütəfəkkirinin irsinin təbliğini daha da gücləndirəcək. O da öz araşdırmaları ilə bu ilə töhvə verməyə çalışacaq.

