Ərdoğan-Putin görüşünün tarixi məlum oldu
Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyip Ərdoğan və Vladimir Putin yanvarın 23-də görüşəcək.
ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, bu barədə türkiyəli dövlət başçısı jurnalistlərə verdiyi açıqlamada bildirib.
“Böyük ehtimalla, Putinlə yanvarın 23-ü, çərşənbə günü görüşəcəyik”, – deyə Ərdoğan bildirib.
Bundan əvvəl Ərdoğanla Putinin yanvar ayında Rusiyada görüşəcəyi bildirilsə də, konkret tarix açıqlanmırdı.

