Dünya 

Gəncəli kriminal avtoriteti öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı – Moskvada

Moskvada fitness klubunda törədilmiş qətldə şübhəli bilinən şəxs saxlanılıb.

ARANTV.AZ  APA-ya istinadən bildirir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi rəhbərinin köməkçisi Yuliya İvanova bildirib.

“Moskvanın şimal-qərbindəki bir idman salonunda qətl törətməkdə şübhəli bilinən şəxs tutulub. Onun gizləndiyi evdə axtarışlar aparılır”, – deyə İvanova əlavə edib.

Qeyd edək ki, Moskvanın şimal-qərbindəki yaşayış kompleksində yerləşən bir fitness klubunda Azərbaycan əsilli kriminal avtoritet Albert Rıjiy kimi tanınan Əli Heydərov öldürülüb.

Daha çox xəbərlər