Dünya 

Türkiyədə yük qatarı qəzaya uğrayıb

Türkiyənin Bursa vilayətində yük qatarı relsdən çıxıb.

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, qəza ilə əlaqədar vilayət ərazisində yük daşımaları dayandırılıb.

İlkin məlumatlara əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb. Bölgəyə xilasedicilər cəlb olunub.

Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

Daha çox xəbərlər