Hadisə 

Azərbaycanlı reper həbs olundu

Moskvada avtomobillə üç piyadanı vuran azərbaycanlı reper Elmin Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ARANTV.AZ APA-ya istinadən bildirir ki, Moskvanın Xamovniçeski Məhkəməsinin hökmü ilə E. Quliyev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il müddətinə azadlıqdan və 3 il sürücülük hüququndan məhrum edilib.

Qeyd edək ki, E. Quliyev ötən il Moskvanın mərkəzində idarəetməni itirərək avtomobillə yol kənarındakı üç piyadanı vurub. Piyadalar ağır bədən xəsarətləri alıblar.

Daha çox xəbərlər