Giorgos Stathakis: “TAP-ın icrası Yunanıstanın enerjiyə dair əsas məqsədlərindən biridir”
ARANTV.AZ xəbər verir ki, “Trans-Adriatik” boru kəməri layihəsinin həyata keçirilməsi Yunanıstan hökumətinin enerjiyə dair əsas məqsədlərindən biridir. Yunanıstanın Ekologiya və enerji naziri Giorgos Stathakis belə deyib. Nazir xatırladıb ki, ölkəsi Azərbaycandan İtaliya və Avropaya təbii qaz nəql edəcək TAP boru kəməri layihəsinə cəlb olunan ölkələrdəndir. TAP layihəsi üzrə işlərin – mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla, 82 faizdən çoxu icra olunub. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil ediləcək qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamıdır. Boru kəməri vasitəsilə Avropaya ilk qazın verilməsi 2020-ci ilə planlaşdırılır.

