Yeni Bakı Limanı MDB-də “yaşıl liman” statusuna malik ilk liman olacaq
ARANTV.AZ xəbər verir ki, Ələt qəsəbəsindəki yeni Bakı Limanı MDB ölkələri arasında “yaşıl liman” statusuna malik ilk liman olacaq. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC beynəlxalq sertifikatlaşdırma auditini uğurla keçib. “Ətraf mühitin idarəetmə sistemi” üçün göstəriciləri müəyyənləşdirənbu sertifikat ən çox tanınmış və qəbul edilən ətraf mühit menecment standartıdır. Sertifikatlaşdırma Bakı Limanının İSO standartının ekoloji tələblərinə uyğun olaraq fəaliyyət göstərdiyini təsdiqləyib. Çünki, Bakı Limanı fəaliyyətinin ilk günlərindən indiyədək ətraf mühit, ekoloji standartların tətbiqinə xüsusi əhəmiyyət verir. Hazırda “yaşıl liman” konseptinin tələblərinə uyğun olan Bakı Limanı Xəzər dənizi hövzəsində ilk belə limandır. Burada çirkab suların təmizlənməsi üçün 3 müxtəlif qurğu inşa edilib.

