Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Hadisə

Arvadını öldürdü, 17 yaşlı gəlinini döyə-döyə zorladı – Azərbaycanda AĞLASIĞMAZ OLAY

By Vüsal Rafiqoğlu
16.04.2021 4 Min Read

Ötən ilin iyun ayında Balakən rayonunda həbs edilmiş rayonun Şumbul kənd sakini 1961-ci il təvəllüdlü Teymur Əhmədov barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə iş açılıb.

ARANTV.AZ xəbər verir ki, T.Əhmədov barəsində Məcəllənin 150.2.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri – təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.5-ci (həmin əməllər təkrar törədildikdə), 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 229.4-cü ( Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı hazırlama), 228.4-cü(Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla), 127.2.2-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma – xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə), 149.2.3-cü (Zorlama – təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) və 149.2.4-cü (Zorlama – zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə) açılmış iş üzrə Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilmiş proses yekunlaşıb. T.Əhmədovun gəlini, 2003-cü il təvəllüdlü Aliyə Əhmədovanın (ad şərtidir) və oğlunun zərəçəkmiş şəxs kimi tanındığı iş üzrə təqsirləndirilən şəxsin əməlləri sübuta yetirilib və o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Həbsxanadan kəndə qayıdış

Məhkəmə prosesində bildirilib ki, Teymur Əhmədov 1993-cü ildə həmkəndlisi Məhəmməd Burtiyevə vintaçanla hücum edərək ona xəsarət yetirib və buna görə 4 il 6 ay həbsxana həyatı yaşayıb. Azadlığa çıxdıqdan sonra isə o, 2008-ci ildə o, həyat yoldaşı Ayzənət Əhmədovanın boğazını kəsərək qadını qətlə yetirib. 10 il həbsxanada saxlanılan Teymur 2018-ci ildə azadlığa çıxıb və Şumbul kəndinə qayıdıb. Bundan sonra o, əvvəlcə qardaşının, daha sonra isə oğlu Amir Əhmədov (ad şərtidir) və gəlini Aliyənin yanında yaşamağa başlayıb. Kənddə problemli adam kimi tanınan, heç kimlə münasibəti olmayan Teymur tədricən evdə problemlər yaratmağa, dava-dalaş salmağa başlayıb.

2020-ci ilin fevral ayından etibarən T.Əhmədov oğlunun evdə olmadığı vaxtlarda bir neçə dəfə gəlinə qarşı seksual xarakterli hərəkətlər edib. O, gəlini ilə cinsi əlaqədə olmağa cəhd edib. Bu səbəbdən də dava-dalaş olub. Daha sonra üzr istədiyinə və ibadətlə məşğul olacağına söz verdiyi üçün oğlu onu bağışlayıb. Lakin gəlini Aliyə isə qayınatasını bağışlamayacağını deyib. Çirkin niyyətinə nail ola bilməyən Teymur daha sonra gəlininin qonşuluqda yaşayan və təxminnə 50 yaşında olan R.Q ilə münasibətinin olduğunu deyib. O, gəlinindən qonşunun evinə gedib-gəlməməsini tələb edib, yoxsa onu da Ayzənət kimi öldürəcəyini deyib. Eyni zamanda gəlini ilə cinsi əlaqədə olmağa çalışan şəxs bıçaqla ona bir neçə dəfə hədə-qorxu gələrək niyyətinin real olmasını göstərməyə çalışıb. Bu müddət ərzində T.Əhmədov armaturdan soyuq silah hazırlayaraq onun bir hissəsini parça ilə örtüb və ağır xəsarət yetirə biləcəyi alətlə gəzməyə başlayıb.

Gəlininə gözü düşdü

T.Əhmədovun əməlləri, eləcə də onun gəlinini şərləməsi, seksual xarakterli zorakılıq hərəkətləri etməsi və soyuq silahla hədələməsi barəsində oğlu və gəlini onun barəsində hüquq-mühafizə orqanlarına məlumat verib. Bundan sonra, yəni ötən ilin iyun ayının əvvəlində T.Əhmədov qisas məqsədilə oğlu və gəlininin yaşadığı fermaya yollanıb. O, özü ilə armaturdan hazırladığı soyuq silahı da götürüb. Fermadakı evin qarşısına çatdıqda o, gəlini Aliyənin tək olduğunu və qab-qacaq yuduğunu görüb. T.Əhmədov gəlinindən onunla birgə getməsini tələb edib. Aliyə bundan imtina etdikdə o, özü ilə gətirdiyi armaturla qadının başına zərbə endirib. Başının kəllə sümüyü çartlayan qadının başqa bədən nahiyələrinə də zərbələr endirən kişi gənc qızın müqavimətini qırıb və ondan yapışaraq özü ilə gəlməyə vadar edib. T.Əhmədov gəlinini fermadan bir qədər aralıdakı çöllüyə doğru aparıb və yol boyu onu bir neçə dəfə itələyərək içərisi quru kolla dolu olan kanala itələyib və hər dəfə oradan çıxmasını tələb edib. Başı, üzü və əlləri qan içində olan Aliyəni 300 metrə qədər aparandan sonra o, qızı yenidən kanala itələyib və paltarlarını soyunmasını tələb edərək armaturla zərbələr endirib.

“Məni zorladıqdan sonra öldürəcəyini düşündüm”

İstintaqa ifadə verən Aliyə Əhmədova qeyd edib ki, qayınatası onu həmin əraziyə apararkən əvvəlcə qətlə yetiriləcəyini düşünüb. Sonrakı tələblərini eşidəndən sonra isə Teymurun onu əvvəlcə zorlayıb sonra öldürəcəyini yəqin edib və ağlayaraq yalvarmağa, qışqırmağa başlayıb. Lakin ətrafda heç kim olmadığından onun səsini eşidən olmayıb.

Xəndəyin içində olarkən Aliyəni tam soyunduran kişi onun donunu yerə sərib uzanmasını tələb edib. Bir küncə qısılaraq oturan qadın Teymurun gizlətdiyi iri bıçağı da görərək daha da qorxub və yalvarmağa başlayıb. O, T.Əhmədovun tələbini yerinə yetirirək yerdə uzanıb. Bundan sonra T.Əhmədov gəlininin müqavimətinə baxmayaraq onun köməksiz və halsız vəziyyətdə olmasından istifadə edərək 10 dəqiqə müddətində zorlayıb. Daha sonra o, Aliyənin paltarlarını geyinib onunla gəlməsini tələb edib xəndəkdən çıxararaq daha uzağa aparıb. O, qızdan həmin ərazidəki su arxında paltarlarını yumasını və hadisə barədə heç kimə deməməsini, bundan sonra normal gəlin-qayınata münasibətində olacaqlarını deyərək onu buraxıb.

Qaça-qaça evə gələn Aliyə baş verənlər barədə həyat yoldaşına danışsa da, zorlanması barədə deməyib, yalnız Teymurun onu döydüyünü bildirib. Onlar bu barədə polisə məlumat veriblər və xəstəxanaya gediblər. Polis əməkdaşları gecə saatlarında fermaya gələrək T.Əhmədovu çöllük ərazidə yaxalayıb.

İstintaqa zərərçəkmiş şəxs qismində ifadə verən T.Əhmədovun oğlu da həyat yoldaşı ilə eyni fikirləri səsləndirib.

Ailəmizin namusunu təmizlədim

Teymur Əhmədov isə ona böhtan atıldığını, gəlininə qarşı seksual xarakterli hərəkətlər etmədiyini, onu zorlamadığını, oğlunun ondan 2008-ci ildə anasını qətlə yetirdiyinə görə qisas aldığını bildirib. O, gəlini Aliyənin qonşuluqda yaşayan R.Q ilə gizli görüşdüyünü iddia edib və buna görə acıqlandığını bildirib. Təqsirləndirilən şəxs hadisə baş verən gün, yəni 2020-ci il iyunun 4-də fermaya gedərək əslində münasibətləri aydınlaşdırmaq istədiyini, hadisədən 1 neçə gün əvvəl oğlu Amir Əhmədovun onu niyə vurduğunu soruşmaq istədiyini, bu zaman isə gəlininin armaturla onu vurduğunu bildirib. Təqsirləndirilən şəxs oğluna əslində yaxşılıq etdiyini, anasını öldürərək namusunu təmizlədiyin, Amirin isə biqeyrət olduğunu deyib.

Məhkəmə tərəflərin və şahidlərin çıxışlarını dinlədikdən sonra, eləcə də sübut və dəlillər dəyərləndirilərək T.Əhmədovun 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib.

Qeyd edək ki, zərərkəçmiş şəxslər Dağıstanda evlənərkən Aliyə yetkinlik yaşına çatmayıb. Buna görə də Amir Əhmədov Rusiya qanunvericiliyinə uyğun cəza çəkib və cəzasını bitirdikdən sonra Balakənə qayıdıb.Publika.az

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Vətən müharibəsindən sonra Tərtərdə yol infrastrukturu bərpa edilir – FOTO

Next

Deputatlar AŞPA-nın yaz sessiyasına yollanır

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv