Sabunçuda qadın qəzada ağır xəsarət aldı
Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü Qasımova Sevda Nazim qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi diaqnozları qoyulub.

