Hadisə 

Bakıda AİLƏ FACİƏSİ: Ata qızını boğub öldürdü

Bakıda qızını öldürməkdə təqsirli bilinən Ələkbər Bağırovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

ARANTV.AZ xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib,

Cinayət işi hakim Rasim Sadıxovun icraatına verilib.

İş üzrə nəhkəmə hazırlıq iclası yaxın vaxtlarda keçiriləcək.

Qeyd edək ki, hadisə ötən il dekabrın 30-u saat 12 radələrində paytaxtın Xətai rayonunda baş verib. Bağırov Ələkbər Qasım oğlunun aralarında yaranmış münaqişə zamanı qızı İradə Paşayevanı boğaraq öldürüb. O, Xətai rayonu 37-ci Polis Bölməsinə gələrək törətdiyi əməli etiraf edib.

Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Daha çox xəbərlər