Manset Region Xəbərləri 

Bərdənin Üzeyir Hacıbəyov küçəsində şəhidlər bulağı inşa olunub-VİDEO

Vətən savaşında canını Azərbaycan üçün fəda etmiş Şəhidlərimizin xatirəsini qədirbilən xalqımız əziz tutur, adlarının əbədiləşdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Aprelin 16-da 44 günluk Vətən Müharibəsində tarixi qələbənin əldə edilməsi üçün misilsiz fədakarlıq göstərmiş Bərdə rayonunda anadan olan şəhid Zeynalov Turqut Fikrət oğlunun və şəhid Rzayev Ceyhun İsmayıl oğlunun adına Bərdə rayon Üzeyir Hacıbəyov küçəsində inşa olunmuş şəhid bulağının açılışı olub.
Mərasimdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Sonra rayonun Axundu Haci Ramazan Huseynov, “Həyat” fondunun rəhbəri xeyriyyəçi Hacı Nuran, “Şəhid ailələri,Qarabağ Müharibəsi Əlilləri,Veteranları” İctimai Birliyinin sədri Etibar xanım Hüseynova, Millət Vəkili Fatma Yıldırımın Köməkçisi Fuad Ağayev,”Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin Bərdə Rayon filialinın sədr müavini I ci qrup Qarabağ əlili Balakişiyev Elman və rayon sakinləri, şəhid valideyinləri, qazilər iştirak edərək ürək sözlərini söyləmişdilər.
Qeyd edək ki, şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün inşa olunmuş bulağın təşəbbüskarları,Üzeyir Hacıbəyov küçəsinin sakinləri Fərmanlı Azər Raqub oğlu və Məmmədov Vuqar Bilal oğludur.

Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik!

Daha çox xəbərlər