Xroniki yuxusuzluqla qocalıqda yaranan demensiya arasında əlaqə tapılıb
Uzun illərdir ki, aparılan tədqiqatların nəticələrinə görə, müntəzəm yuxusuzluq ahıl yaşlarda ciddi demensiya simptomlarının yaranmasına səbəb ola bilər.
Demensiya-ahıl yaşlarda dərrakədə problemlər, yaddaşın itməsi, əqli bacarıqların zəifləməsidir. Bu proses təkbaşına formalaşmır, alkoqolizm, beyin travmaları, Alçzeymer, dağınıq skleroz kimi müxtəlif xəstəliklərlə yanaşı baş verir.
Lakin demensiya demək olar ki, müalicə olunmayan bir xəstəlikdir. Demenesiya insan şəxsiyyətinin, əhval-ruhiyyəsinin dəyişməsinə gətirib-çıxarır, hətta bəzən belə yaşlılara mütləq kimsə nəzarət etməli olur. Bu vəziyyətin xoşagəlməz simptomlarının qarşısını almaq üçün erkən ikən üzərinə düşmək lazımdır.
Son tədqiqatlar göstərib ki, cavan yaşlarda yuxu saatının qısaldılması yaşlandıqda əqli problemlərlə özünü göstərir. Demensiyanın ilk əlamətləri özünü uzun illər sonra, hətta onilliklər sonra göstərir. Paris Universitetinin alimləri tədqiqatları üç onillik ərzində həyata keçirdikləri təcrübələrə əsaslandırıblar. On mindən çox könüllü üzərində uzun illər aparılan təcrübələr zamanı könüllülərin həyat tərzi və sağlamlıq göstəriciləri də nəzərə alınıb.
Tədqiqatçılar yuxu norması kimi 7 saat yuxunu müəyyən ediblər, 6 saatdan az gecə yuxusunun isə kafi olmadığını bildiriblər. Yaşlılarda demensiya xəstəliyini müalicə etməyin bir yolu olmasa da, bu cür statistik tədqiqatlar fiziki və zehni aktivliyin, balanslı bir pəhrizin və zərərli vərdişlərin olmamasının beynimizin uzun illər sağlam qalmasına kömək etdiyini sübut edir.
Tədqiqatın nəticələri “Nature Communications” elmi jurnalında dərc edilmişdir.

