Ermənistanda COVID-19-a yoluxanların sayı 211 mini ötüb
Ermənistanda son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasına 881 yeni yoluxma qeydə alınıb.
ARANTV.AZ APA-ya istinadən bildirir ki, ölkədə infeksiyaya yoluxanların ümumi sayı 211 399 nəfərə çatıb.
Son sutka ərzində virusdan 25 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda indiyədək koronavirusdan ölənlərin ümumi sayı 3969 nəfərə yüksəlib.

