Çörəyə kəskin tələbat: piştaxtalar boşalıb – FOTO
Dünəndən havanın kəskin dəyişəcəyinə dair xəbərlər cəmiyyətdə müəyyən qədər həyəcan doğurub.
ARANTV.AZ-ın əldə etdiyi məlumata görə, paytaxda bir çox ərzaq mağazalarında çörək və şama kəskin tələbat yaranıb.
İnsanlar ehtiyatlı tərpənərək “qara gün” üçün hazırlıq görüblər.
ATV-nin əməkdaşı Pərvin Əsgərlinin və jurnalist Ruslan Rəhimovun sosial şəbəkədə paylaşdığı fotolar da deyilənlərin həqiqət olduğunu sübut edir.
Müxtəlif supermarketlərdə çəkilmiş fotolarda çörək piştaxtalarının boş olduğu görünür.

