Xəstəxanada yanğın: 13 koronaviruslu xəstə öldü
Hindistanın Maharaştra ştatında koronavirusa yoluxanların müalicə olunduğu xəstəxanada yanğın baş verib.
ARANTV.AZ APA-ya istinadən bildirir ki, hadisə nəticəsində reanimasiyada müalicə alan 13 xəstə ölüb.
Xəstələrin qalan hissəsi yaxınlıqdakı tibb müəssisələrinə köçürülüb.
Yanğın, təxminən iki saata söndürülüb. Hadisənin başvermə səbəbləri araşdırılır.Xatırladaq ki, aprelin 21-də Hindistanda digər ştatda yerləşən xəstəxanada oksigen aparatında qaz sızması nəticəsində 22 koronavirusa yoluxan xəstə ölmüşdü.

