Cəmiyyət 

Şəhidlər Xiyabanında 20 yanvar faciəsinin növbəti ildönümü ilə bağlı hazırlıq işlərinə başlanılıb

ARANTV.AZ xəbər verir ki, 20 Yanvar faciəsinin 29-cu ildönümü yaxınlaşır. Artıq Şəhidlər Xiyabanında hazırlıq işlərinə başlanılıb.

20 Yanvar Azərbaycanda milli qürur və hüzn günü kimi qeyd olunur. 1990-cı ildə sovet ordusu Bakı şəhərində dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində şəhid olan soydaşlarımızın əziz xatirəsi hər il ehtiramla yad edilir. Artıq bu qanlı tarixin yadigarı-Şəhidlər Xiyabanında hazırlıq işlərinə başlanılıb. Bir tərəfdən abadlıq, digər tərəfdən xiyabanin dekorasiya işləri görülür.

Güllərin düzülməsinə bu gündən başlanılıb. Xiyabanın girişindəki bu kompozisiyanı güllərdən döşənən  xalça  və məzarlara qədər divarlarda  səkkizguşəli ulduzların üzərinə vurulan bir cüt qərənfil tamamlayacaq. Anım gününə bir neçə gün qalsa da, artıq ziyarətçilərin xiyabana axını müşahidə olunur. Ziyarətçilər arasında məktəblilər, müəllimlər və xarici ölkə vətəndaşları da var.

Yanvarın 19-na kimi hazırlıq işlərinin başa çatdırılması planlaşdırılır. 19-20 Yanvar tarixlərində vətəndaşlarin sərbəst və maneəsiz hərəkətini təmin etəmək məqsədilə təhlükəsizlik tədbirləri görüləcək. Yanvar 20-də səhər saatlarından Şəhidlər xiyabanı istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Daha çox xəbərlər