Rusiyada təyyarə qəzaya uğradı – 2 nəfər öldü

Rusiyanın İrkutsk vilayətinin Çeremxovsk rayonunda yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.

ARANTV.AZ unikal.org-a istinadən bildirir ki, məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi yayıb.

Bildirilib ki, təyyarə rayonun Rısevo qəsəbəsi yaxınlığında yerə düşüb.

İlkin məlumata əsasən, təyyarə kustar üsulla düzəldilib. Qəzanın səbəbi araşdırılır.