Hadisə 

Bakının mərkəzində baş verən qəza böyük tıxaca səbəb oldu – FOTO

Heydər Əliyev prospektində (Bağırov körpüsü adlanan yerdə tuneldən çıxışda) ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat yayıb.

O bildirib ki, prospektdə minik avtomobili ilə motosiklet toqquşub.

Qəza səbəbindən hazırda H.Əliyev prospekti əsas yolda hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

 

Daha çox xəbərlər