Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Əsas səhifə

Bir tərəfdə cənnət yaradan Azərbaycan, digər tərəfdə isə faciəsini dərinləşdirən Ermənistan

By Vüsal Rafiqoğlu
29.04.2021 4 Min Read

Ermənistan həqiqətən xilas olmaq istəyirsə, Azərbaycanın bölgədə sülh və əməkdaşlığın bərpa olunması ilə bağlı təşəbbüslərinə qoşulmalıdır

Azərbaycan yeni reallıqlar yaratdı. Bu reallıqlar regionun geostrateji mənzərəsini dəyişməklə ölkəmizin beynəlxalq aləmdə yeri və roluna, söz sahibi olmasına bir daha işıq saldı. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, sözümüz imzamız qədər əhəmiyyətlidir.

44 günlük müharibə Azərbaycanın qətiyyətli mövqeyinin təqdimatı oldu. Danışıqlar masası ətrafında hansı şərt daxilində oturacağını xalqa bütün müraciətlərində, xarici mətbuata müsahibələrində bəyan edən dövlətimizin başçısı Ermənistanın baş naziri Nikol Paşinyanın gec-tez diz çökəcəyini, yalvarışlar edib danışıqlara gələcəyini diqqətə çatdırırdı. Noyabarın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanat ölkəmizin siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi oldu.

Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə davamlı səfərləri torpaqlarımızın öz sahibinə qovuşduğunun sevincini yaşadığını nümayiş etdirir. Bu günlərdə Cəbrayıl və Zəngilan rayonlarına səfəri zamanı Cəbrayıl rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışında iştirakı zamanı çıxışı 44 günlük İkinci Qarabağ müharibəsinin ümumi mənzərəsini yaratdı.

44 günlük Vətən müharibəsində 6 şəhər, 5 qəsəbə, 300-dən artıq yaşayış məntəqəsi Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində işğaldan azad edildi. 10 noyabr üçtərəfli razılaşmasına görə isə Kəlbəcər, Ağdam və Laçın müharibəsiz Azərbaycana qaytarıldı. Xatırlasaq, Kəlbəcər noyabr ayının 15-də qaytarılmalı idi, amma Ermənistan tərəfi Rusiya Prezidentinin vasitəsilə Azərbaycandan 10 gün əlavə vaxt istədi. Noyabrın 25-də Kəlbəcər geri qaytarıldı. Qeyri-qanuni yaşadıqları əraziləri – Azərbaycan torpaqlarını tərk edən ermənilər təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla əşyalarını götürərək, hətta evlərin dam örtüyü və unitazlarına qədər çıxarıb apardılar. Üstəlik yaşadıqları və yaşamadıqları evləri yandırdılar, meşələrə od vurdular, vandallıq etdilər. 27 il əvvəl buradan qovulmuş azərbaycanlıların evlərində yaşayan ermənilər həmin evlərə od vuraraq getdilər. Təhlükəsiz şəkildə və öz seçimi ilə ərazini tərk edən erməni əhalidən fərqli olaraq, 1993-cü ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub, dağ yolları ilə, ayaqyalın, piyada şəkildə erməni təcavüzkarlarından qaçıb xilas olmuşdular. Nəticədə Kəlbəcərdə 500-dən artıq dinc sakin həlak olmuşdu, yüzlərlə insan girov və ya itkin düşmüşdür. Azərbaycan əhalisi özü ilə heç nə götürə bilməmişdir. Yşananlar həm də Azərbaycan və Ermənistan arasındakı fərqi nümayiş etdirdi. Azərbaycan humanist ölkə olduğunu bir daha nümayiş etdirdi. Kəlbəcərdə qeyri-qanuni yerləşdirilmiş ermənilərin rahat şəkildə çıxmaları üçün əlavə 10 gün verildiyi halda bunun qarşılığında onların törətdikləri vandalizm, barbarlıq dünyaya da yaxış bəllidir. Çünki ermənilər hər zaman faşizm ideologiyasının davamçıları olduqlarını qabarıq şəkildə büruzə verir, dünya buna göz yummaqla açıq-aşkar ədalət deyilən məfhumun onlar üçün yad olduğunu təsdiqləyir. 30 ilə yaxın müddətdə Azərbaycanın dünya dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların yalanlarına inanaraq danışıqlar prosesini davam etdirməsi həmin dövr üçün işğalçı dövlətə uğur kimi görünsə də, hər halda bu imitasiyaların sonda hansı ağır nəticələrə yol açacağından xəbərdar idilər.

İkinci Qarabağ müharibəsində qazanılmış Qələbə böyük tarixi əhəmiyyətə malikdir. Bu, təkcə Azərbaycanın öz doğma torpaqlarının işğalçılardan azad edilməsi məsələsi deyil. Bu, eyni zamanda, bütün dünyaya, bütün işğalçılara göstərir ki, onların sonu bax, belə ola bilər. İşğalçıların, qəsbkarların sonu belə olacaq.

Postmüharibə dövrünün reallıqları da Azərbaycan və Ermənistan arasında fərqi bir daha nümayiş etdirdi. Ermənistanda öz xalqından gizlənən Paşinyanı gördüyümüz zaman Azərbaycanda dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilmiş torpaqlarımıza davamlı səfərləri ilə diqqət çəkir, Zəfər sevincini xalqımızla, bu Qələbəni bizə yaşadan hərbçilərimizlə yaşayır, görüləcək işlərdən bəhs edir, bu torpaqların tezliklə cənnətməkana çevriləcəyini bildirir. “Qarabağ Azərbaycandır və nida” sözlərini deyən Prezident İlham Əliyev bu torpaqlara səfərləri ilə həmin nidanı qoyur. Siyasətdə və cəbhədə, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış Prezident İlham Əliyev bu Zəfərin müəllifidir. Ölkə Prezidentimizin bu səfərləri qalib ölkənin qalib Ali Baş Komandanının səfəridir. Bu səfərlər tarixi səfərlərdir. Hər bir səfər bir sıra obyektlərin təməlinin qoyluması ilə yadda qalır. Bu gün işğaldan azad edilmiş torpaqlrımızda ən müasir, təkmil idarəçilik sistemi mövcuddur. “ağıllı şəhər” və «ağıllı kənd» layihələri həyata keçirilir. Zəngilanda birinci «Ağıllı kənd»in təməlinin qoyulması Böyük Qayıdışın artıq başlandığının təsdiqi kimi qeyd edilir. Cənab İlham Əliyev ilk gündən 30 ilə yaxın dövrdə öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımız üçün ən müasir, rahat şəraitin yaradılacağını bildirmişdir.

Ölkə Prezidenti İlham Əliyev bu səfərləri çərçivəsində hərbçilərlə görüşü ilə bir daha tarix yazan Ordunun yanında olduğunu nümayiş etdirir. Bütün çıxışlarının mahiyyətində dayanan “Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” tezisinin davamı olaraq Prezident İlham Əliyev, eyni zamanda, “Hər bir hərbçinin Ali Baş Komandanı” olduğunu nümayiş etdirir. Bölgələrdə Ölkə Prezidentinin izdihamla qarşılanması ölkəmizdə yaşanan xalq-iqtidar birliyindən xəbər verir. Xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hamını birləşdirən Vətən müharibəsi milli birliyin səbəbidir. İşğaldan azad olunmuş bölgələrdə qəhrəman Prezidentini qarşılayan qalib xalq öz sevgi və etimadını nümayiş etdirir. Bir sözlə, Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyeva ilə birgə işğaldan azad olunmuş ərazilərə səfərləri Qələbənin rəsmiləşdirilməsi deməkdir.

İşğalçı Ermənistanda vətən müharibəsindən sonra yaşananlara diqqət yetirmək kifayətdir. Bu qısa təhlil əsasında deyə bilərik ki, bölgəyə sülh gətirən Azərbaycan regionun inkişafının təminatçısıdır. Bir il əvvəl Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən, hərbi təlimlər keçilməsinə göstəriş verən, Şuşada qondarma rejimin andiçmə mərasimini təşkil edən və sərxoş vəziyyətdə rəqs edən Nikol Paşinyan bu gün ən yaxın silahdaşları tərəfindən tərk edilib, məğlubiyyətə düçar olmuş, öz yaxın adamlarını döyüşlərdə itirmiş qəzəblənmiş kütlələr isə onun ofisini dağıdır, özünü də fiziki baxımdan məhv etməyə hazırdır.

Azərbaycan və Ermənistan arasında fərqin ümumi mənzərəsi belədir: bir tərəfdə praqmatik, realist siyasət nəticəsində cənnət quran Azərbaycan, digər tərəfdə mifologiyanı, uydurmaları dövlət siyasətinə çevirərək faciəsini daha da dərinləşdirən Ermənistan. Bir tərəfdə qələbə qazanmış, əraziyə hakim, müasir silahlarla təchiz edilmiş nizami Azərbaycan əsgəri, digər tərəfdə təxribat və terror həyata keçirən, sərxoş olub hikkəsindən ətrafa atəş açan məğlub, rəzil Ermənistan əsgəri. Ermənistan həqiqətən xilas olmaq istəyirsə, Azərbaycanın bölgədə sülh və əməkdaşlığın bərpa olunması ilə bağlı təşəbbüslərinə qoşulmalıdır.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

ABŞ dövlət katibi Prezident İlham Əliyevə zəng edib

Next

Sərhədlərimizin təhlükəsizliyinin qarantı müzəffər Azərbaycan Ordusudur

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv