Çində uşaq bağçasına silahlı hücum edilib, 2 azyaşlı ölüb, 16-sı yaralanıb
Çinin Beylu şəhərində naməlum şəxs özəl uşaq bağçasına bıçaqla hücum edib.
ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində uşaqlardan 2-si ölüb, 16-sı yaralanıb.
14 uşağa tibbi yardım göstərilib, onlardan 2-si əməliyyata götürülüb.
Hücum edən şəxs polis tərəfindən saxlanılıb.
Hadisənin motivləri araşdırılır.

