Hindistanda koronavirusa yoluxma sayında yeni antirekord: 360 960 nəfər
Hindistanda koronavirusa gündəlik yoluxma halında ən yüksək göstərici qeydə alınıb.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, son sutka ərzində ölkədə 360 960 nəfər virusa yoluxub.
Bu günədək Hindistanda virusa yoluxanların sayı 17,99 milyon nəfəri keçib.
Bundan başqa, 3 293 çox xəstə koronavirusdan vəfat edib, ümumilikdə 201 187 şəxs bu xəstəliyin qurbanı olub.

