Hadisə 

Gədəbəydə ağır qəza: ölən var

Gədəbəy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ-ın məlumatına görə, rayon sakini, 1967-ci il təvəllüdlü Yusifov Şahin Dursun oğlu idarə etdiyi “NİVA” markalı, 21 BG 801 dövlət nömrə nişanlı avtomobillə rayonun Novoivanovka kəndində hərəkətdə olarkən idarəetməni itirib və daş hasara çırpılıb.

Hadisə nəticəsində sürücü xəsarət alıb, sərnişini, 1954-cü il təvəllüdlü Əliyeva Əskinas Novruz qızı isə dünyasını dəyişib.

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.oxu.az

Daha çox xəbərlər