Rus ordusu “İsgəndər”ləri döyüş vəziyyətinə gətirdi
Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsi Şimali Qafqazda hərbi təlimlərə start verib.
ARANTV.AZ xəbər verir ki, bu barədə məlumatı dairənin Mətbuat Xidməti yayıb. Təlimə İsgəndər-M raketləri ilə təchiz edilmiş bölmələrin cəlb edildiyi vurğulanıb.
Mətbuat xidməti təlimə 500 hərbçi və 40 texnikanın cəlb edildiyini açıqlayıb.
axar.az

