Rusiyada həkimlər huşsuz xəstəyə baxmaq əvəzinə, yemək yedilər – VİDEO
Rusiyanın Moskva vilayətinin Odintsovo rayonunda yerləşən KFC restoranına gələn təcili yardım briqadasının həkimləri yerdə huşsuz vəziyyətdə uzanmış kişiyə baxmaq əvəzinə, yemək sifariş ediblər. Digər müştərilər də həmin şəxsə kömək etməyə tələsməyib və həkimləri kameraya çəkiblər.
ARANTV.AZ xəbər verir ki, bununla bağlı Vesti.ru məlumat yayıb.
“KFC-də oturmuşuq, kişi huşsuz vəziyyətdə yerə yıxıldı. Təcili yardım nə edir?”, – videonun müəllifi bildirib.
Müştərilərin heç biri kişiyə kömək etməyib.
Yeməklərini bitirdikdən sonra həkimlər yerdə uzanmış şəxsin yanından keçərək gediblər, ancaq 15 dəqiqə sonra polisin müşayiəti ilə geri qayıdıblar və xəstəyə kömək ediblər. Həmin şəxsin taleyi məlum deyil.
oxu.az

