Manset Maraqlı 

Qlobal güclər Azərbaycan-Türkiyə qardaşlığını nədən qısqanır?

“Böyük qardaş”a qarşı bütün təpkilərə birgə müqavimət göstərilməlidir

Dünənə kimi dünyanın əsas söz sahibi statusunda çıxış edən,  demokratiyanın mühavizəçisi qismində rol alan ABŞ, xüsusiləCo Baydenin diplomatik prinsiplərlə ziddiyyət təşkil edən qərarları müstəvisində siyasi deqredasiya mərhələsini yaşayır. İnaqurasiyadan dərhal sonra cənab Baydenin Qardaş Türkiyəyə qarşı təzyiqləri, xüsusilə qondarma “erməni soyqırımı”nı tanıması, təbii ki, Azərbaycanda da kəskin etirazlarla qarşılandı. Ölkə başçısı İlham Əliyevin bu ədalətsiz qərara dərhal göstərdiyi kəskin münasibət bir daha Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz təməllər üzərində qurulduğunu təsdiq etmiş oldu. Azərbaycanla ABŞ arasında mövcud iqtisadi-siyasi, hərbi-strateji əməkdaşığın əhəmiyyətini nəzərə alsaq, yaxın gələcəkdə bu münasibətlərin hansı müstəvidə cərəyan edəcəyi, hansı ziddiyyətli məqamlarınbaş verəcəyi müxtəlifsuallar doğurur. Şübhəsiz ki, beynəlxalq aləmdə, artıq nüfuzlu söz sahibinə çevrilmiş Azərbaycan nəinki, ABŞ, istənilən dünya dövlətləri ilə bütün müstəvilərdə mövcud olan əlaqələrin pisləşməsində maraqlı deyil, əksinə zamanın diqtəsinə uyğun olaraq bu əlaqələrin daha da genişlənməsində hər zaman ilk addım atan tərəf olub. Lakin hadisələrin gedişatı Azərbaycanınqlobal güclərin ədalətsiz qərarları və təpkiləri qarşısında heç zaman geri durmayacağını bir daha bariz şəkildə təsdiq etmiş oldu. Və görünən odur ki, özlərini demokratiyanın sahibləri qismində təqdim edən, əksər halarda qərəzli, ikili standartlar nümayiş etdirən dövlətlər Azərbaycanla güc, hədə dilində danışmağın əhəmiyyətsiz olduğunu nəhayət ki, anlayıblar. Nəzərə alsaq ki, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında bu gün Azərbaycan necə bir əhəmiyyətli rol oynayır, o zaman qarşı tərəfin son anlayışlarının səmimiyyətdən deyil, zərurətdən doğduğu da nəzərdən qaçırılmamalıdır. Qeyd olunan anlayışların əslində aldadıcı olduğunu vurğulayan bəzisiyasi analitiklər Rusiya da daxil ABŞ və digər güclərin Azərbaycana və qardaş Türkiyə dövlətinə basqıladıqları təzyiqlərin daha geniş formatda davam etdiriləcəyini proqnozlaşdırırlar.

Qayıdaq ABŞ prezidenti Co Baydenin saxta “erməni soyqırımı” ilə bağlı işlətdiyi məlum cəfəng ifadəsinə. Heç şübhəsiz ki, Bayden bu ifadəni işlətməklə  seçkiqabağı erməni lobbisi qarşısında götürdüyü öhdəliyə sadiqliyini nümayiş etdirdi. Nəzərə alsaq ki, erməni lobbisinin, hətta özünü demokratiyanın beşiyi hesab edən Amerikada seçkilərin nəticələrinə ciddi təsir etmək imkanları var, o zaman cənab Baydenin məlum ifadəsi əslində ABŞ demokratiyasının əsil mahiyyətini ortaya qoymuş olur. Bəs görəsən, II Dünya müharibəsində Amerikanın Yaponiyada 100 minlərlə günahsız insanların xüsusi amansızlıqla öldürülməsinə, məhv edilməsinə səbəb olan “nüvə sınağı” na hansı ad verilməlidir?Tarixi sənədlərin də təsdiqlədiyi faktlara görə Amerika qitəsinin əsl sahibləri olan milyonlarla hindu tayfası bugünki və sabiq ABŞ prezidentlərinin ulu babaları tərəfində xüsusi amansızlıqlarla məhv edilib, soyqırıma məruz qalıblar. Budurmu ABŞ demokratiyasının mahiyyəti? Bəs, nəyə görə Xocalıda dinc sakinləri heç bir insanlığa sığmayan şəkildə soyqırıma məruz qoyan erməni vəhşilikləri haqqında bu günə kimi ABŞ prezidentlərindən heç kim bir kəlmə də olsun münasibət bildirməyib?44 günkük zəfər müharibəsi ərzinda humanizmin, demokratiyanın təəssübkeşi qismində çıxış edən Fransa dövləti də hər daim ermənilərin tərəfini tutmaqla öz ədalətsiz mövqeyini sərgiləmiş oldu. Bütün bu ədlətsiz, ikili standartlardan çıxış edərək Azərbaycana, qardaş Türkiyəyə sözügedən dövlətlərin sərgilədiyi siyasət bir daha bizlərdən daha da güclü olmağı, Türkiyə-Azərbaycan qardaşlığının daha da inkişaf etdirilməsini, bu sahədə mövcud problemlərin qısa bir zaman ərzində həll edilməsini tələb edir. Siyasi analitiklərin qənaətincə yaxın gələcəkdə türkdilli dövlətlərin yeni bir iqtisadi-siyasi, hətta hərbi blok formatında mövqe ortaya qoyacaqları qaçılmazdır. Təbii ki, sözügedən blokun Lokomotivi missiyasını, cənab Rəcəb Tayyib Ərdoğanın sarsılmaz iradəsi ilə bu gün sürətli inkişaf mərhələsini yaşayan Türkiyə Cümhuriyyəti yerinə yetirir. Və son zamanlar qardaş Türkiyə ölkəsinə Co Baydenin timsalında sərgilənən məlum siyasət yuxarıda qeyd etdiyimiz “böyük birliyə” əngəl yaratmaq istəyinin bariz nümunəsi kimi qiymətləndirilməlidir. Heç şübhəsiz ki, Azərbaycan da başda olmaqla bütün türkdilli respublikalar hər daim Türkiyənin yanında olmalı və gələcəkdə özlərinin də dövlət kimi əbədi varlıqlarının qarant rolunda çıxış edən “böyük qardaş”a qarşı bütün təpkilərə birgə müqavimət göstərməlidirlər. Bu mənada Azərbaycan Prezidenti cənab İlham Əliyevin qardaş Türkiyə Cümhuriyyətinə sərgilədiyidüşünülmüş siyasət ən gözəlnümunə ola bilər.

“Aran Media” qəzetinin baş redaktoru Şeyda Əzizova

Daha çox xəbərlər