Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Türkiyə Qarabağda rusun yaxasından əl çəkməyəcək – Kreml yeni plan qurub?

By Vüsal Rafiqoğlu
06.05.2021 3 Min Read

Rəsmi Bakının 3 erməni hərbçisini Ermənistana qaytarması Prezident İlham Əliyevin postmünaqişə mərhələsini əməkdaşlıq mərhələsi kimi görməsi, bunun üçün real addımlar atmağa hazır olması və hər şeydən öncə humanist addımı kimi qiymətləndirilə bilər. Hər kəsə məlumdur ki, müharibə bitib, Azərbaycan Ordusu qələbə qazanmaqla 30 illik işğala son qoymaqla yanaşı, beynəlxalq hüququ və tarixi ədaləti bərpa edib. Lakin Azərbaycan Prezidenti də qeyd etdiyi kimi, bundan sonra erməni faşizminin revanşizmi baş qaldırarsa dərhal məhv ediləcəkdir. Ona görə də, erməni tərəfi Azərbaycanın bu hərbi-siyasi nəzakətini bir fürsət kimi qiymətləndirməli və dərhal adekvat cavab verməyi bacarmalıdır.

Ermənistan daşı ətəyindən atıb, uzun müddət işğal altında saxladığı ərzailərimizdə yerləşdirdiyi minaların xəritələrini Azərbaycana verməlidir. Bununla yanaşı birinci Qarabağ müharibəsində itkin düşmüş 4 min azərbaycanlı haqqında Ermənistanda olan bütün bilgiləri və məlumatları Azərbaycana bildirməlidir. Ermənistan həqiqətən də regionda sülhün bərqərar olmasını istəyirsə revanşist siyasi ritorikaya son qoymalı, kommunikasiyaların açılmasına süni maneələr törətməkdən əl çəkməli və nifrəti təbiliğ etməyə son qoymalıdır. Ermənistan 44 günlük müharibənin regionda yaratdığı yeni siyasi reallığı qəbul edərək əməkdaşlığa hazır olduğunu sübuta yetirməlidir. Çünki regiounun gələcək inkişafı və birgəyaşayışı yalnız qarşılıqlı əməkdaşlıqdan və beynəlxalq hüquqla tənzimlənən ədalətli münasibətlərdən keçir.

Mənə elə gəlir ki, Azərbaycan tərəfinin mövqeyi istər Ermənistana, istərsə də onu öz “pənahında” saxlamaq istəyən havadarlarına gün kimi bəllidir. Xankəndi, Xocalı, Ağdərə, Əsgəran bizim daxili işimizdir və bu məsələ Minsk Qrupu formatına çıxarılmayacaq. Bunu Azərbaycan dövlət başçısı da son çıxışlarında xüsusilə tez-tez qeyd edir, Qarabağ münaqişəsi bitdi, status-kvo gorbagor oldu. Minsk Qrupu adlı qurum bundan sonra yalnız Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını tezləşdirmək üçün təkliflər edə bilər.

Regiona növbəti səfərini ötən gün ilk olaraq Ermənistana edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda danışıqlar apardığı saatlarda Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefonla danışması və onunla Qarabağı müzakirə etməsi, ümumiyyətlə Rusiya prezidentinin türkiyəli həmkarıyla tez-tez zəngləşməsi, Qarabağ mövzusu ətrafında müzakirələr aparması Kreml sahibinin qardaş Türkiyənin Cənubi Qafqazdakı, Azərbaycandakı və Qarabağdakı varlığını qəbul etdiyini əks etdirir. Daha Rusiya Türkiyənin rəyini nəzərə almadan Qarabağda gizli fəaliyyətin onun üçün mənfi nəticələrini gözardı edə bilmir. Bu amil özü-özlüyündə Azərbaycanın əlini gücləndirən məsələdir. Çünki artıq Moskvanın Qarabağla bağlı nəsə “yeni təşəbbüsü” varsa bunu yalnız Parislə deyil, mütləq Ankara ilə də müzakirə etmək məcburiyyətində qalır. Odur ki, əgər Lavrov bölgəyə hansısa yeni “təkliflərlə” gəlibsə bundan Azərbaycan və Ermənistanla yanaşı Türkiyənin də xəbəri olacaq. Çünki Türkiyə Qarabağda nəzarəti əldən vermək fikrində deyil.

Lakin Azərbaycan və Türkiyənin güclənməsi heç də çoxlarını sevindirə bilməz. Azərbaycanın 3 erməni əsirini İrəvana geri qaytarması məsələsinə verilən beynəlxalq reaksiyalar belə düşünməyə əsas verir. Təəssüflər olsun ki, Azərbaycanın minalanmış ərazilərinin xəritələrini tələb etdiyindən bəri bir dəfə də olsun Ermənistanın “hərbi əsir” məsələsinə görə narahatlığını ifadə edən qurumlardan, təskilatlardan, dövlətlərdən səs çıxmır. ABŞ dövlət katibi Entoni Blinkenin “ABŞ Azərbaycanın saxlanılan üç ermənini azad etməsini alqışlayır” açıqlaması da bu qəbildəndir. Avropa Parlamenti üzvlərinin Avropa Komissiyasının sədri və Aİ sədrinə müraciət edərək Azərbaycandan “erməni əsirlərin” qaytarılmasını tələb etməyə çağırması ikili standartların, qərəzliliyin və ədalətsizliyin pik həddidir. Özünü ədalət carçısı kimi təqdim edən Avropa Parlamenti o qədər qərəzsizdirsə, o zaman birinci Qarabağ müharibəsində itkin düşmüş 4 min azərbaycanlının taleyi barədə də məsələ qaldırmalıdır. Görəsən, Azərbaycanın 30 il erməni işğalı altında qalan ərazilərinin minalanması Avropa Parlamenti kimi haqq-ədalətdən dən vuran təşkilatlari, dövlətləri niyə narahat etmir?! Nədənsə minalanmış ərazilərin xəritələrinin Ermənistan tərəfindən Azərbaycana verilməməsi haqda bir kəlmə də danışmayan Qərb, 10 noyabr bəyanatından bir ay sonra Azərbaycanın suveren ərazilərində saxlanılan “əsirlərin” qaytarılmasını tələb etməkdə əlindən gələni ardına qoymur.

Münaqişənin başa çatmasından və üçtərəfli birgə bəyanatın imzalanmasından artıq yeddi ay ötür. Ermənistan tərəfi minalanmış ərazilərin xəritələrini Azərbaycana verməsə də, Azərbaycan tərəfi proseslərin müsbət dinamikada inkişafı üçün əlindən gələni edir. Ermənistan anlamalıdır ki, hər şey bir həddə, bir mərhələyə qədərdir, bardaq yenidən daşa bilər və həm rəsmi İrəvan həm də onun havadarları bilməlidirlər ki, bu addımları birtərəfli qaydada uzun müddət və davamlı olaraq gedə bilməz.

Çünki ön planda Vətən müharibəsində qalib gəlib, hazırda şərtləri diktə edən bir Azərbaycan var. Odur ki, Ermənistan hakimiyyəti, Minsk Qrupunun həmsədr ölkələri, eləcə də Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən bəzi beynəlxalq təşkilatlar Azərbaycanın tələblərinə daha diqqətli yanaşmalı, mövcud problemlərin aradan qaldırılmasına töhfə verməyə çalışmalıdırlar.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

Next

Gərginlik artır – Ordu hücuma keçdi, ölənlər var

Xəbər lenti

  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026
  • Dəhşətli istilərdə 12 səhvi QƏTİYYƏN etməyin – ŞOK XƏBƏRDARLIQ 25.07.2026
  • Milix Yevdayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib 25.07.2026
  • Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır 25.07.2026
  • Sabah temperatur 41 dərəcəyədək QALXACAQ – Hava proqnozu 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir – VİDEO 25.07.2026
  • Nazirlik çimərliklərə gedənlərə müraciət etdi: təhlükə var! 25.07.2026
  • BDYPİ-dən isti hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ 25.07.2026
  • Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır 25.07.2026
  • 2 nazirlikdən əhaliyə həftəsonu ilə bağlı xəbərdarlıq – 41 dərəcə isti və külək… 25.07.2026
  • Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki… 25.07.2026
  • Autizmli uşaqlara qarşı artan TƏRBİYƏSİZLİK – TƏPKİ 25.07.2026
  • 41 dərəcə isti gözlənilir – ƏHALİNİN DİQQƏTİNƏ 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv