ANAMA-da Qarabağda aşkarlanan təhlükəli sursatların sərgisi keçirildi – VİDEO
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) işğaldan azad olunmuş ərazilərdə aşkarlanan təhlükəli sursatlar; minalar, qumbaralar və mina dedektivinin sərgisi təşkil olunub.
ARANTV.AZ-ın məlumatına görə, sərgi barədə ANAMA-nın Əməliyyat İdarəsinin Təlim və Keyfiyyətə Təminat Şöbəsinin baş mütəxəssisi Musa Məmmədov məlumat verib.
Qurum rəsmisi qeyd edib ki, sərgilənən eksponatlar tank və piyada əleyhinə minalar, əl və silah qumbaralarıdır.
O qeyd edib ki, minalar müxtəlif təyinatlı olur. Buna həm yaralama, həm də öldürmə daxildir.

