Sosial 

Vətən müharibəsi şəhidi ilə vida mərasimi keçirilir

Vətən müharibəsində şəhid olan kapitan Əbülfəz Rəhmətovla doğulduğu Lerik rayonunda vida mərasimi keçirilir.

ARANTV.AZ  xəbər verir ki, Vətən müharibəsində itkin düşmüş Azərbaycan Silahlı Qüvvələrinin zabiti, kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun nəşi doğulduğu Lerik rayonunun Anbu kəndinə gətirilib. Şəhidlə vida mərasimində yaxınları, rayon İcra Hakimiyyətinin, ictimaiyyətin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər iştirak edir.

Qeyd edək ki, Vətən müharibəsinin ilk günlərindən itkin düşən şəhid kapitanın nəşi dünən Cəbrayıl rayonu ərazisində tapılıb. O, Qubadlı və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə iştirak edib. Əbülfəz Rəhmətov 1989-cu ildə anadan olub. İki övladı var.

Daha çox xəbərlər