İstanbulda avtobus aşdı – Yaralılar var
Türkiyənin İstanbul şəhərində avtobus aşıb.
ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 6 nəfərin xəsarət aldığı bildirilir.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti müxtəlif dərəcələrdə qiymətləndirilir.
Qəza Sultan Səlim körpüsünün girişində baş verib. Qəzanın səbəbləri araşdırılır.

