Siyasət 

Rüstəm Muradov Njdenin heykəlinin sökülməsinə göstəriş verib

Azərbaycanın Xocavənd şəhərində erməni faşistlərinin lideri Qaregin Njdenin büstünün götürülməsi cəhdi baş tutmayıb.

Ermənistan mediası xəbər verir ki, Rusiya sülhməramlı qüvvələrinin komandiri Rüstəm Muradovun abidənin sökülməsi ilə bağlı verdiyi göstəriş icra olunmayıb. Yerli sakinlər və Ermənistandan gələn radikal millətçilər büstün götürülməsinə mane olublar. Hadisə zamanı sülhməramlılarla sakinlər arasında gərginlik yaranıb.

Rusiya sülhməramlı kontingentinin komandiri Rüstəm Muradov büstün mayın 9-u Qələbə Gününə qədər götürülməsini tələb edir. Abidənin Xocavənddən yığışdırılmasını Rusiya ilə yanaşı Azərbaycan da tələb edir.

***

Xocavənddəki erməni faşist kollabrasionisti Qaregin Njdenin abidəsinin sökülməsinə göstəriş verilib.

ARANTV.AZ  xəbər verir ki, bu barədə “lragir.am” nəşri məlumat verib.

Göstərişin şəxsən Qarabağdakı rus sülhməramlılarının komandanı general Rüstəm Muradov tərəfindən verildiyi qeyd olunur.

Qeyd edək ki, Ötən gün Moskva vilayəti üzrə Böyük Vətən Müharibəsi veteranları, Silahlı Qüvvələrin və hüquq-mühafizə orqanlarının əmək veteranlarının “Dolqoprudnenskaya” ictimai təşkilatı faşizm tərəfdarlarının qəhrəmanlaşdırılmasının yolverilməz olduğunu xatırladaraq, faşist kollaborasionisti Qaregin Njdenin Xocavənddəki abidəsinin sökülməsi üçün federal orqanlara müraciət edib.

Xatırladaq ki, Qaregin Njdenin Xocavəndəki abidəsi Qarabağda döyüş əməliyyatlarının bitməsindən sonra yerləşdirilib.

Daha çox xəbərlər