Gündəm Region Xəbərləri 

Bərdə rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “15 may – Beynəlxalq ailə günü”nə həsr olunmuş “Sağlam ailə – Sağlam gələcək” mövzusunda onlayn konfrans keçirilmişdir

05 may 2021-ci il tarixdə Bərdə rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “15 may – Beynəlxalq ailə günü”nə həsr olunmuş “Sağlam ailə – Sağlam gələcək” mövzusunda onlayn konfrans keçirilmişdir.

Tədbirin moderatoru – Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Nəsirli Fidan. Konfransı giriş sözü ilə Bərdə rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov açaraq, “15 may – Beynəlxalq ailə günü” ilə bağlı məlumat verdi. Qeyd etdi ki, müstəqil Azərbaycanda ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü surətdə həyata keçirilir. Sonra A.Qasımov müstəqil Azərbaycan son dövrlər bu sahə ilə bağlı qəbul edilmiş Dövlət Proqramlarında gənc ailələrin problemlərinin həlli yollarının öz əksini tapmasından, Gənclər və İdman İdarəsinin bu yönümdə gördüyü işlərdən danışdı. Ailə Qadın Uşaq Problemləri Dövlət Komitəsi Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin sosial-psixoloqu Əhmədova Ceyran çıxış edərək qeyd etdi ki, ailə Azərbaycan dövləti, cəmiyyəti üçün həmişə müqəddəsdir və cəmiyyətin inkişafında ailənin yeri və rolu çox böyükdür. Qarşılıqlı sevgi və ehtiram kimi yüksək dəyərlər üzərində qurulan Azərbaycan ailəsi milli mədəniyyətimizin, adət-ənənələrimizin daşıyıcısıdır. C.Əhmədova həmçinin gənc ailələrin qarşılaşdığı problemlərdən söz açdı. Gənc ailələr adından Bərdə Rayon İcra Hakimiyyətinin məsləhətçisi Səbuhi Qasımov, Bərdə regional Mədəniyyət İdarəsinin məsləhətçisi Orxan İbrahimov , rayonun fəal gənci Elmir Məmmədov çıxış edərək gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunmasından, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliğində gənclərin rolundan danışdılar. Konfransa Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov yekun vurdu.

Daha çox xəbərlər