Bərdə rayonunda ağacəkmə aksiyası keçirilmişdir-VİDEO
Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Bərdə rayonunda ağacəkmə aksiyası keçirilmişdir.
Mövcud karantin rejiminin tələblərinə uyğun olaraq təşkil edilmiş aksiyada Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev,Yeni Azərbaycan Partiyasının Bərdə rayon təşkilatının fəalları, idarə-müəssisə rəhbərləri, rayonun fəal gəncləri, “ASAN Xidmət” əməkdaşlari, könüllülər olmaqla 150 nəfər iştirak etmişdir. Bərdə-Yevlax magistral yolunun kənarında yerləşən bu massivdə ərazi yararsız tullantılardan təmizlənərək burada 700 ədəd müxtəlif növ agac əkilmişdir.

