Hadisə 

Bakıda 37 yaşlı piyadanı avtomobil vurub

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ  xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Mikayılov Emil yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ sirkə kasasının yerdəyişmiş sınığı diaqnozu qoyulub.

Daha çox xəbərlər