Cəmiyyət Gündəm Region Xəbərləri 

Bərdə rayonunda yol polisi növbəti reyd keçirib-VİDEO

 

Bərdə Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirdiyi yoxlamalar zamanı normativlərə uyğun gəlməyən nəqliyyat vasitələrinin sahibləri müvafiq qaydada cərimələniblər.

Reydin keçirilməsində məqsəd, reydlər zamanı karantin rejiminin tələblərini pozan, tibbi maska və atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirklənməsinə nəzarətin gücləndirilməsi və təqsirkar şəxslər barəsində inzibati qaydada tədbirlərin görülməsi olub.

Reyd zamanı avtomobillərin mühərriklərinin ixrac etdiyi dəm qazı xüsusi qurğu ilə yoxlandıqdan sonra, sahibləri haqda müvafiq qaydada qərar qəbul edilib və belə sürücülərə cərimə protokolu yazılıb. Dövlət Yol Polis əməkdaşlarının sürücülərin avtomobilindən çıxan dəm qazının normadan artıq olduğunu onlara izah etməsinə baxmayaraq, bəzi sürücülər yazılan cərimələrlə razılaşmayıb. Reyd zamanı 150-a yaxın avtomobil saxlanılıb. Saxlanılan avtomobillərdə, karantin rejiminin tələblərini pozan, tibbi maska istifadə etməyən 49 sürücüyə,və  normadan artıq dəm qazı olan 25-dən artıq avtomobilin sürücüsünə inzibati protokollar yazılıb.

Daha çox xəbərlər