Region Xəbərləri 

Bərdədə Ramazan bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı paylanılıb-VIDEO+FOTO

Ramazan bayramı münasibətilə  Azərbaycan Həmkərlar İttifaqı Konfederasiyasıyla birgə Bərdə rayon İcra hakimiyyəti  tərəfindən rayon ərazisində yaşayan aztəminatlı ailələrə bayram sovqatı paylanılıb.

Arantv.az-ın məlumata görə, Kənd Təsərrufat Qida Sənayesi İşçiləri Həmkar İttifaqının Bərdə rayon komitəsinin sədri Yalçın Həsənov aztəminatlı ailələri ziyarət edib, onları bayram münasibətilə təbrik edərək müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatını onlara yaşadıqları ünvanlarda çatdırıb.

Bu təşəbbüsü minnətdarlıq hissi ilə qarşılayan sakinlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkərlar İttifaqı Konfederasiyasına, Bərdə rayon İcra hakimiyyətinin başçısı Vidadi İsayevə  minnətdarlıqlarını bildiriblər.

 

Daha çox xəbərlər